“Keşlə” klubu yaxın günlərdə daha bir futbolçusu ilə yollarını ayıracaq.
Söhbət müdafiəçi Miyuşko Boyoviçdən gedir. Çernoqoriyalı futbolçu ilə müqavilənin birtərəfli şəkildə pozulması gözlənilir. Legionerin əvəzində heyətə yeni əcnəbi müdafiəçinin cəlb olunması gözlənilir. Qeyd edək ki, Boyoviç 2019-cu ildən “Keşlə”də çıxış edir.